“Azərsu” ASC istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, yaranan problemlərin operativ həlli ücün bütün imkanlardan istifadə edir və bu məqsədlə 24 saat fasiləsiz fəaliyyət göstərən Zəng Mərkəzi yaradılıb. “Azərsu” ASC əhalidən xahiş edir ki, su təchizatında yaranan problemlər, həmçinin magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla rastlaşdıqda dərhal 955 nömrəsinə zəng edib Zəng Mərkəzinə məlumat versinlər. 955 nömrəsinə edilən hər bir müraciət dərhal nəzarətə götürülür.
Mənzillərində yaranan kiçik problemlərlə (sayğacda texniki nasazlıq, nəzarətçilər sayğac göstəricilərini çıxartmadıqda və bildirişlər təqdim etmədikdə, ödəniş və borcla bağlı hər hansı anlaşılmazlıq olduqda və s.) əlaqədar abonentlərin yerli sukanal idarələrinə müraciət etmələri tövsiyə edilir.
Rayon sukanal idarələrinin əlaqə telefonları:
Sabunçu rayon Sukanal İdarəsi 425-53-50
Suraxanı rayon Sukanal İdarəsi 477-48-61
Xəzər rayon Sukanal İdarəsi 459-94-65
Nizami rayon Sukanal İdarəsi 520-05-80
Nəsimi rayon Sukanal İdarəsi 530-44-06
Səbail rayon Sukanal İdarəsi 502-46-99
Yasamal rayon Sukanal İdarəsi 533-13-25
Xətai rayon Sukanal İdarəsi 371-65-42
Nərimanov rayon Sukanal İdarəsi 493-12-28
Binəqədi rayon Sukanal İdarəsi 562-14-17
Qaradağ rayon Sukanal İdarəsi 445-92-59
Bağlar Sukanal İdarəsi 348-42-70
Pirallahı rayon Sukanal İdarəsi 556-59-30
Abşeron Sukanal İdarəsi 342-11-29 (100)
Sumqayıt Sukanal İdarəsi 018-655-62-40
Votsap üzərindən əlaqə +994 55 209 95 59