logo

Tariflər


AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 QƏRAR № 5

Bakı şəhəri, 30 yanvar 2021-ci il

 

“Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Qərarında aşağıdakı dəyişiklik edilsin:

  1.1. Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş cədvəlin 1.1.1-ci sətrində “0,35” rəqəmi “0,70”  rəqəmi ilə, 1.1.2-ci sətrində “0,30” rəqəmi “0,60” rəqəmi ilə, 2.1-ci sətrində “0,15”                   rəqəmi“0,30” rəqəmi ilə əvəz edilsin.

 1.2. Qərarın 1-2-ci hissəsində “0,50” rəqəmi “1,00” rəqəmi ilə, “0,45” rəqəmi, “0,90” rəqəmi   ilə əvəz edilsin.

  1. Bu qərar 2021-ci il 1 fevral tarixindən qüvvəyə minir. 

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                            Mikayıl Cabbarov

 

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən

 su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri

Xidmət növü

(istehlakçı qrupu üzrə)

Ölçü vahidi

Tariflər

(ƏDV ilə, manat)

I

II

III

IV

1.

Su təchizatı

 

 

1.1.

Əhali

 

 

1.1.1.

Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu

1 kub metr

0,70

1.1.2.

Digər inzibati ərazi vahidləri

1 kub metr

0,60

1.2.

Qeyri-əhali

1 kub metr

1,0

2.

Tullantı sularının axıdılması

 

 

2.1.

Əhali

1 kub metr

0,30

2.2.

Qeyri-əhali

1 kub metr

1,0

 

Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərə görə ödənişlər binada yerləşən müvafiq istehlakçı qrupuna uyğun olaraq təsdiq edilmiş tariflərlə həyata keçirilsin.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 1,00 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,90 manat təsdiq edilsin. 

Sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə suyun istifadə təyinatından asılı olmayaraq 1 kub metr su üçün (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə 8,0 manat təsdiq edilsin. 

Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilsin.

Tullantı sularının axıdılması xidmətinə görə ödəniş müvafiq xidmət şəbəkəsi mövcud olduğu təqdirdə həyata keçirilir.

 

İçməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflərin

D İ N A M İ K A S I

S/S

Istehlakçı qrupu

01.01.2005

08.01.2007

01.02.2011

16.05.2016

01.02.2021

 

Su təchizatı

 

1.

Əhali

0,087

 

 

 

 

 

Ondan: Abşeron yarımadası

 

0,18

0,30

0,35

0,70

 

Regionlar

 

0,14

0,25

0,30

0,60

2.

Büdcə və ona bərabər tutulan digər təşkilatlar

0,283

0,70

1,00

1,00

1,00

3.

Digər sahələr (istehsal, ticarət, xidmət, kommersiya və s.)

0,637

0,70

1,00

1,00

1,00

4.

Sudan xammal kimi istifadə edənlər

9,912

12,00

12,00

8,00

8,00

  

Tullantı sularının axıdılması

 

1.

Əhali

0,012

 

 

 

 

 

Ondan: Abşeron yarımadası

 

0,04

0,06

0,15

0,30

 

Regionlar

 

0,03

0,06

0,15

0,30

2

Büdcə və ona bərabər tutulan digər təşkilatlar

0,071

0,20

0,30

1,00

1,00

3.

Ticarət və xidmət sahələri

0,472

0,20

0,30

1,00

1,00

4.

Mülkiyyət formasından asılı olmayaraq, bütün istehsalçılar

0,637

0,20

0,30

1,00

1,00

Qeyd: Tariflər manatla və ƏDV daxil olmaqla göstərilib