logo

Azərsu ASC


         

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. "Azərsu" ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Səhmdar Cəmiyyət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini təmin edir.

 “Azərsu” ASC  ölkə üzrə 1823757 abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir. Bunların 1750522-i əhali, 73235-i isə qeyri-əhali abunəçiləridir. 

Ölkə üzrə abonentlərin 79,5 faizi, Bakı şəhəri üzrə 82 faizi, regionlarda isə 73,3 faizi fasiləsiz içməli su ilə təmin olunur

   Cəmiyyətin balansında 21000 km uzunluğunda su, 10500 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır.

   Hazırda respublikanın bir sıra şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur. 

   01 yanvar 2024-cü il tarixə "Azərsu" ASC üzrə işçi sayı 14000 nəfərdir.