logo

Tez-tez verilən suallar


 Sual 1: Mexaniki tipli sayğacın faktiki göstəricisi oxunmadıqda sərf edilmiş suyun həcmi hansı qaydada müəyyənləşdirilir?

 Cavab: İstehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır. Eyni zamanda siz www.e-su.az saytına və yaxud www.azersu.az saytına daxil olaraq “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətimizdən istifadə etməklə mexaniki sayğacın faktiki göstəricisinə əsasən formalaşmış elektron bildiriş-faktura əldə edə bilərsiniz.

----------------------------------------------------------------------------------------------------

Sual 2: Tikinti obyektinin su təchizatı sisteminə qoşulması üçün nə etməliyəm?

Cavab:ASAN xidmət, ASAN kommunal mərkəzlərinə və rayon Sukanal İdarələrinə müraciət edərək Texniki şərtin verilməsi (su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma) xidmətindən yararlana bilərsiniz. Eyni zamanda əhali kateqoriyalı abonentlər bu xidmət növü üzrə www.e-su.az saytına və ya www.azersu.az saytına daxil olaraq elektron formada da müraciət edə bilərlər.

 

----------------------------------------------------------------------------------------------------

 Sual 3: İtirilmiş və ya zədələnmiş smart  kartın əvəz edilməsi ödənişlidir?

Cavab: Sayğacın sərfiyyat yükləmə kartı itirildikdə və ya zədələndikdə onun yenisi ilə dəyişdirilməsi istehlakçının vəsaiti hesabına aparılır. Karta görə ödənilən məbləğ sayğacın markasına görə dəyişir.

Elektromed (Alfasu sayğacı) - 11, 50 manat

Metlab (Teksan sayğacı) -10 manat                                                                                                      

Abşeron (Abşeron ÇSS sayğacı) - 6 manat.

---------------------------------------------------------------------------------------------------

Sual 4: Hesabıma online ödəniş etmişəm. Həmin məbləğin smart karta yüklənməsi üçün nə etməliyəm?

Cavab: Smart kartı kartoxuyucuya daxil etmədən balansa online ödəniş edildikdə məbləğ karta deyil, abonentin hesabına yüklənir.  Siz bu halda  şəxsiyyət vəsiqəsi, ödəniş qəbzi  və smart kartla birlikdə ASAN xidmət, ASAN Kommunal Mərkəzlərinə və ya yerli Sukanal İdarələrinə yaxınlaşaraq məbləği hesabınızdan karta yüklətdirə bilərsiniz.

----------------------------------------------------------------------------------------------------

Sual 5: Ailə üzvlərimin sayında dəyişiklik olmasına baxmayaraq, hesablama əvvəlki kimi aparılır. Hesabatda dəyişiklik olunması üçün nə etməliyəm?

Cavab: Ünvan üzrə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü ərzində Su təchizatı və kanalizasiya müəssisəsinə (STKM-ə) təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Ailə tərkibində dəyişikliyin aparılması məqsədilə elektron xidmətdən istifadə etmək üçün siz www.e-su.az saytında "e-xidmətlər" bölməsindən, www.azersu.az saytında “Elektron xidmətlər” bölməsindən və ya www.e-gov.az portalından “Azərsu” ASC-nin təqdim etdiyi elektron xidmətlərin siyahısından “Abonent məlumatlarının dəyişdirilməsi” xidmətindən də istifadə edə bilərsiniz.

----------------------------------------------------------------------------------------------------

Sual 6: Əvvəlki dövrlərdən qalmış qalıq borcu birdəfəyə tam ödəyə bilmirəm. Borcumu hissə-hissə ödəmək üçün nə etməliyəm?

Cavab: Xidmətlərimizdən istifadəyə görə vaxtında ödənilməyən börcunuzu hissə-hisə ödəyə bilərsiniz. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə birlikdə Sukanal İdarəsinə yaxınlaşaraq, qarşılıqlı razılaşma əsasında borcunuzun hissə-hissə ödənilməsinə dair protokol bağlamağınız tələb olunur.

--------------------------------------------------------------------------------------------------- 

Sual 7: Gecikdirilmiş qalıq borcuma görə mənə məxsus digər ünvandakı borcu olmayan mənzilin də su təchizatı dayandırıla bilərmi?

Cavab: Bir ünvanda yaranmış borca görə istehlakçıya məxsus borcu olmayan digər mənzil və ya obyektin su təchizatı borc tam ödənilənədək dayandırıla bilər.

----------------------------------------------------------------------------------------------------

Sual 8: Su təchizatı sisteminə qanunsuz qoşulma halı aşkar edildikdə dəymiş ziya hansı müddətə hesablanır?

Cavab: Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi Sudan İstifadə Qaydalarına uyğun olaraq 1 il müddətində hesablanır.

----------------------------------------------------------------------------------------------------

Sual 9: Mənə məxsus fərdi yaşayış evinin bir hissəsində kommersiya fəaliyyəti ilə (mağaza, bərbərxana, ofis, avtoyuma və s.) məşğul oluram. Bu halda mənzilin sayğacından keçən su hansı tariflə hesablanmalıdır?

Cavab: İstehlakçının eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bunun üçün sahibkarlıq fəaliyyəti göstərilən hissədə istifadə olunan su təchizatı və kanalizasiya xidmətinə görə Su təchizatı və kanalizasiya müəssisəsi ilə  qeyri-əhali istehlakçı qrupu üzrə müqavilə bağlanmalı, mənzilin daxili su təchizatı xəttinin giriş hissəsində ayrılma aparılmalı və kommersiya obyektinə ayrılan xəttin uçot nöqtəsində (mənzilin sayğacından öndə ayrılan hissədə) istehlakçının hesabına müvafiq smart sayğac quraşdırılmalıdır. 

----------------------------------------------------------------------------------------------------

Sual 10: Sayğacın işlək vəziyyətinin laboratoriya şəraitində yoxlanmasına görə ödəniş edilməlidirmi?                                                              

Cavab: Sayğacın dövlət yoxlaması istehlakçının arzusu ilə və ya istehlakçının təqsiri səbəbindən həyata keçirildikdə istehlakçının, digər hallarda isə Su təchizatı və kanalizasiya müəssisəsinin vəsaiti hesabına aparılır.

----------------------------------------------------------------------------------------------------

Sual: 11 Mexaniki tipli sayğacın faktiki göstəricisi oxunmadıqda sərf edilmiş suyun həcmi hansı qaydada müəyyənləşdirilir?

Cavab: İstehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır.. Eyni zamanda siz www.e-su.az saytına və yaxud www.azersu.az saytına daxil olaraq “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətimizdən istifadə etməklə mexaniki sayğacın faktiki göstəricisinə əsasən formalaşmış elektron bildiriş-faktura əldə edə bilərsiniz.

----------------------------------------------------------------------------------------------------

Sual: 12 Sayğacın quraşdırılmasına görə ödəniş edilməlidirmi?

Cavab: İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs (əhali istehlakçı qrupu) olan istehlakçılara münasibətdə Su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) vəsaiti hesabına, hüquqi şəxs (qeyri-əhali istehlakçı qrupu) olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir.