logo

Müəssisələr


“Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu

   “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) 1995-ci ildə “AzərSUGEO” Elmi-Tədqiqat İnstitutu və “AzərbSETLİ” Elmi-Tədqiqat və Layihə İnstitutunun bazasında yaradılıb. İnstitutun əsas fəaliyyət istiqamətlərinə yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin  layihələndirilməsi və texniki-iqtisadi əsaslandırmaların hazırlanması, tikinti üçün mühəndis axtarışları, elmi-tədqiqat işləri kimi fundamental sahələr daxildir. “Sukanal” ETLİ yeraltı və səthi sular əsasında müxtəlif tipli suqəbuledici qurğular, kanalizasiya kollektorları, drenaj  şəbəkələri, müxtəlif tutumlu içməli su anbarları, su və kanalizasiya nasos stansiyaları, “Azərsu” ASC-nin tərkibinə daxil olan su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı yardımçı bina və qurğuları layihələndirməklə məşğuldur.

 

“Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu

AZ1012 Bakı, Azərbaycan

Moskva prospekti 73

Tel/Fax: (+99412) 430-19-90

office@sukanal.azhttp://www.sukanal.az

 

“Bakı Sukanal” İdarəsi

   “Bakı Sukanal” İdarəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin 18.03.2011-ci il tarixli 17 saylı əmrinə əsasən Bakı Su Kəməri İstismar İdarəsi və Bakı Kanalizasiya Xidməti İdarəsinin bazasında yaradılmışdır. İdarənin fəaliyyətnin əsas istiqaməti su təchizatı və kanalizasiya şəbəkələrini müasir standartlara xidmət göstərmək, Bakı şəhəri əhalisini   içməli su və kanalizasiya xidmətləri ilə təmin etməkdir. 

  “Bakı Sukanal” İdarəsinin xidməti ərazisində ümumi tutumu 934 min kubmetr olan 13 mərkəzi su anbarı vardır. Bakı şəhəri üzrə magistral su kəmərlərinin uzunluğu 2400 km, yağış suları və kanalizasiya kollektorlarının uzunluğu 485 kilometrdir.  İdarə 6 tullantı sutəmizləyici qurğu və 55 kanalizasiya-nasos stansiyasına xidmət göstərir.

 “Bakı Sukanal” İdarəsi

AZ 1040 Bakı, Azərbaycan

Sabuçu rayonu Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov 3.

Tel: (+99412) 565-36-87, fax:(+99412) 565-36-89

 

“Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti

 Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü tarixli 282 saylı sərəncamına müvafiq olaraq  “Azərsu“ ASC-də struktur islahatları aparılmış, şəhər və kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə nəzarəti gücləndirmək məqsədi ilə Cəmiyyətin tabeliyində “Birləşmiş Sukanal”  Məhdud  Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.

    “Birləşmiş Sukanal“ MMC Gəncə, Şəki, Mingəçevir, Şirvan, Ağdaş və Göyçay şəhərlərində 155930 əhali, 6047 qeyri-əhali qrupu abonentinə xidmət göstərir. 

“Birləşmiş Sukanal“ MMC 

AZ 1122 Bakı, Azərbaycan

Akim Abbasov küçəsi 110

Tel: (+99 412) 434-06-12, fax: (+99412) 433-67-25

 

“Sutikinti” Müəssisəsi

    “Sutikinti” Müəssisəsi “Azərsu” ASC-nin tələbatları və digər təşkilatlarla bağlanmış müqavilələr əsasında su və kanalizasiya qurğularının, mənzil və digər sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması işlərini yerinə yetirir. Müəssisə həmçinin elmin və texnikanın yeni nailiyyətlərindən istifadə, tikinti işlərinin kompleks mexanikləşdirilməsi, istehsalat və tikinti texnologiyasının yaxşılaşdırılması, yeni texnikanın, mütərəqqi material və konstruksiya növlərinin tətbiqi digər texniki-təşkilati işlərlə məşğuldur.

   Əvvəllər “Sutikinti” Tresti, “Sutikinti” Birliyi adı altında fəaliyyət göstərən təşkilat 2003-cü ildən “Sutikinti” Müəssisəsinə çevrilmişdir. 2011-ci ilin may ayına qədər müstəqil hüquqi şəxs olmuş “Babək” İdman-Sağlamlıq Mərkəzi, Təmir-tikinti İdarəsi, "Sutikinti” Müəssisəsinin tabeliyinə verilmişdir.

“Sutikinti” Müəssisəsi

AZ 1147 Bakı, Azərbaycan

Mir Cəlal küçəsi 34a

Tel:(+99412) 568-55-20, fax:(+99412) 568-75-66

 

Mərkəzi laboratoriya

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  Mərkəzi Laboratoriyası 16 sentyabr 2013-cü ildə yaradılıb. Ümumi sahəsi 1800 kvadratmetr olan bina içməli su və tullantı suları bölmələrindən ibarətdir. Laboratoriyada içməli su və tullantı suları fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. Mərkəzi laboratoriya fiziki və hüquqi şəxslərə də su analizi sahəsində xidmət göstərir.

AZ 1141 Bakı, Azərbaycan

Akim Abbasov 137

Tel:(+99412) 538 61 45