logo

Yerli layihələr


“Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

“Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi dövlət büdcəsi hesabına həyata keçirilmişdir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 46 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihənin icrasına  2011-ci ildə  başlanmışdır. Quba şəhərini  və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Qudyalçayın məcrasında məhsuldarlığı saniyədə 200 litr, uzunluğu 2435 metr olan drenaj tipli suqəbuledici qurğu tikilmiş, 6450 uzunluğunda 2 magistral su kəməri çəkilmişdir. Əhaliyə verilən suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məhsuldarlığı sutkada 30 min kubmetr olan müasir sutəmizləyici qurğu tikilmişdir.

Layihə çərçivəsində Quba şəhərində ümumi tutumu 14 min kubmetr olan 4 ədəd su anbarı, 190 km içməli su, 130 km kanalizasiya şəbəkəsi inşa edilmiş, hər bir abonentə ev birləşməsi verilərək sayğaclar quraşdırılmışdır. Layihəyə uyğun olaraq Quba Sukanal Sahəsi üçün yeni inzibati bina tikilmişdir.

Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası 2013-cü ildə başa çatmışdır. 18 sentyabr 2013-cü il də Prezident İlham Əliyevin iştirakı ilə layihənin açılış  mərasimi keçirilmişdir. 

Şəhərdə yaranan tullantı suları Xaçmaz rayonu ərazisində inşa edilən və məhsuldarlığı sutkada 20 min kubmetr layihələndirilən  tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.

 

   “Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya  sistemlərinin yenidən qurulması layihəsi”

“Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Layihə  2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 30 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Hacıqabul şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2011-ci ildə başlanılmışdır. Şəhərin su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilmişdir. 

Hacıqabul şəhərinin dayanıqlı su təchizatı məqsədilə, ümumi tutumu 7500 kubmetr olan 2 su anbarı, 8,8 km magistral su xətti tikilmişdir. Şəhər ərazisində 115 km içməli su şəbəkəsi yaradılmış, hər bir abonentə ev birləşməsi verilərək sayğaclar quraşdırılmışdır. Hazırda bütün şəhər əhalisi fasiləsiz  içməli su ilə təmin olunur. Layihə çərçivəsində 3 min nəfər əhalinin yaşadığı Qubalı Baloğlan kəndinə də içməli suyun verilməsi təmin edilmişdir. 16 aprel 2013-cü il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan su kəmərindən Hacıqabul şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. 

Hacıqabul şəhərində inşası nəzərdə tutulan 110 km kanalizasiya şəbəkəsinin 26 km-lik hissəsi tikilmişdir. Şəhərdə yaranan tullantı suları gələcəkdə Şirvan və Hacıqabul şəhərləri üçün tikiləcək və məhsuldarlığı sutkada 50 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq.

“İmişli şəhərinin su təchizatı və kanalizasiya  sistemlərinin yenidən qurulması layihəsi”

“İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi vəsaiti hesabına  həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla İmişli şəhərində 49 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihənin icrasına 2011-ci ilin sentyabrında başlanmışdır. İmişli şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün su mənbəyi Beyləqan rayonunun Aşıqallar kəndindəki subartezian quyuları (ümumi məhsuldarlığı 10300 m3/gün) seçilmişdir. Su mənbəyindən İmişli şəhərinə 31 km magistral su kəməri çəkilmişdir. 

İmişli şəhərində tutumu 5000 və 1500 kubmetr olan 2 su anbarı tikilmiş  və 28 oktyabr   2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə  İmişli şəhərində su anbarı kompleksinin istifadəyə verilməsi mərasimi keçirilmişdir. 

Layihəyə əsasən, şəhər ərazisində 168 km içməli su şəbəkəsi inşa edilmiş, hər bir abonentə birləşmə verilərək sayğaclar quraşdırılmışdır. İnşası nəzərdə tutulmuş 141 km-lik kanalizasiya şəbəkəsinin isə  9 km-lik hissəsi tikilmişdir. Layihə çərçivəsində şəhər mərkəzinə yaxın Yalavac kəndinə də su verilməsi təmin edilmişdir.    

“Şəmkir şəhərinin su təchizatı və kanalizasiya  sistemlərinin yenidən qurulması layihəsi”

Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Layihə  2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihənin icrasına 2011-ci ilin oktyabrında başlanılmışdır. İlkin mərhələdə Cəyir çayının hövzəsində yeni drenaj sistemi yaradılmış, 15 km magistral və anbarlararası  su xətləri inşa edilmişdir. Ümumi tutumu 7000 kubmetr olan 4 ədəd yeni su anbarı tikilmiş, mövcud  2 anbar  əsaslı təmir olunmuşdur. 10 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Şəmkir şəhərinə içməli suyun verilməsinə başlanılmışdır. 

Şəmkir şəhərində inşası nəzərdə tutulmuş 251 km şəhərdaxili su şəbəkəsi tikilmiş, abonentlərə ev birləşməsi  verilərək sayğaclar quraşdırılmışdır.

Şəmkir şəhərinin dayanıqlı su təchizatının daha bir mənbə - Şəmkirçay su mənbəyi hesabına aparılması məqsədilə 2015-ci ildə şəhərə qədər 16,5 km uzunluğunda magistral su kəməri inşa edilmişdir.

Şəmkir şəhərində inşası nəzərdə tutulan 225 km tullantı su xətləri tikilmişdir. Şəhərdə yaranan tullantı suları gələcəkdə tikiləcək və məhsuldarlığı sutkada 10 min kubmetr layihələndirilən  tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.

 

  “Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

 Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 2011-ci ilin oktyabrında “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlandı. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Mingəçevir şəhərini içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilmiş və onun yaxınlığında müasir sutəmizləyici qurğunun inşası layihələndirilmişdir. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya 800 mm diametrli borularla 721 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilmişdir. Təmizləyici qurğunun yeri elə seçilmişdir ki, göldə suyun səviyyəsi minimum həddə düşəcəyi halda da buradan təmizləyici qurğuya su özüaxımlı rejimdə ötürüləcəkdir.

İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə Mingəçevir su anbarının yaxınlığında dəniz səviyyəsindən 55 metr yüksəklikdə məhsuldarlığı sutkada 55 min kubmetr və ya saniyədə 636 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilmişdir. Burada suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Ümumdünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Tam qapalı rejimdə işləyən qurğuda suyun giriş və çıxış parametrlərinə sensorların köməyi ilə avtomatik nəzarət olunur. Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə yerləşən anbara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 2100 kubmetr olan nasos stansiyası quraşdırılmışdır.

Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 85 metr yüksəklikdə tutumu 10 min kubmetr olan su anbarı tikilmişdir. Hazırda qurğuda təmizlənmiş su bu anbara ötürülərək özüaxımlı rejimdə şəhər şəbəkəsinə verilir. 

Layihə çərçivəsində Mingəçevir şəhərində 344 km içməli su şəbəkəsinin inşası tam başa çatmış və sayğaclaşma işləri davam etdirilir. Hazırda şəhər əhalisi, eləcə də 2 saylı məcburi köçkün qəsəbəsi yeni qurğuda təmizlənən və yeni çəkilmiş şəbəkə vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunur.

27 fevral 2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimi keçirilib.

Şəhərdə layihələndirilmiş 236 km kanalizasiya şəbəkəsinin və 21 km uzunluğunda kanalizasiya kollektorunun inşası davam etdirilir. Tullantı sularının optimal idarə olunması məqsədilə ilkin mərhələdə kanalizasiya şəbəkəsi üzərində məhsuldarlığı saatda 1300 kubmetr olan 3 ədəd kanalizasiya nasos stansiyası quraşdırılıb. Mingəçevir şəhərində yaranacaq tullantı suları Yevlax rayonunun  Hacıselli kəndi ərazisində inşası nəzərdə tutulan və məhsuldarlığı sutkada 60 min kubmetr nəzərdə tutulan tullantı sutəmizləyici qurğuda təmizlənərək kənarlaşdırılacaqdır.

 

“Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

“Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Zərdab şəhərində 13500 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihənin icrasına 2011-ci ilin avqust ayında başlanmışdır. Zərdab şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Külüllü su mənbəyi seçilmişdir. Su mənbəyində tutumu 5000  kubmetr olan su anbarı, anbar ərazisindən Zərdab şəhərinə 73 km magistral su kəməri çəkilmişdir. 07 oktyabr 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Zərdab şəhərinə suyun verilməsi mərasimi keçirilmişdir.

Zərdab şəhərində tutumu 2000 kubmetr olan su anbarı,  69 km içməli su şəbəkəsi inşa olunmuş, hər bir abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılmışdır. 

Zərdab şəhərində inşası nəzərdə tutulan 58 km kanalizasiya şəbəkəsinin 13 km-lik hissəsi tikilmişdir. Zərdab şəhərində yaranan tullantı suları gələcəkdə  tikiləcək və məhsuldarlığı sutkada 8000 kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.

 

 “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

“Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla   Kürdəmir şəhərində 22,3 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasına hesablanmışdır.

 Layihənin icrasına 2011-ci ilin oktyabrında başlanmışdır. Kürdəmir şəhərini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə Külüllü su mənbəyi seçilmişdir. Su mənbəyində tutumu 7500 kubmetr olan su anbarı, anbar ərazisindən Kürdəmir şəhərinə qədər 26,7 km magistral su  xətti çəkilmişdir. Layihə çərçivəsində inşası nəzərdə tutulan  141 km-lik su şəbəkəsinin tikintisi yekunlaşmış, hər bir abonentə birləşmə verilərək sayğaclar quraşdırılmışdır.

07 avqust 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. Hazırda şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin olunur.

Kürdəmir şəhərində inşası nəzərdə tutulan 115 km kanalizasiya şəbəkəsinin 24 km-lik, 6,2 km uzunluğunda mikrotunel tipli kollektorun 1,5 km-lik hissəsi inşa edilib. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması  məqsədilə məhsuldarlığı sutkada 12 min kubmetr olacaq tullantı sutəmizləyici qurğu tikiləcəkdir.

 

 “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Ucar  şəhərində 22 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən  istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihənin icrasına 2011-ci ilin oktyabrında başlanmışdır. Ucar şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Külüllü su mənbəyi seçilmişdir. Su mənbəyində ümumi tutumu 7500 kubmetr olan  su anbarı, anbar ərazisindən Ucar şəhərinə qədər 57 km magistral su kəməri tikilmişdir.

Ucar şəhərində tutumu 3000 kubmetr olan su anbarı, 120 km su şəbəkəsi inşa edilərək hər bir abonentə ev birləşməsi verilmiş və sayğaclar quraşdırılmışdır. Bununla yanaşı, şəhər mərkəzinə yaxın Gəraybəyli kəndinə və Qarabörk kəndinin bir hissəsinə su verilmişdir. Layihə çərçivəsində 2 saylı Regional Sukanal İdarəsi üçün yeni müasir inzibati bina tikilmişdir.

06 oktyabr 2015-ci il tarixdə Prezident İlham Əliyev Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatması münasibətilə təşkil olunan mərasimdə iştirak etmişdir. Hazırda Ucar şəhərinin bütün əhalisi fasiləsiz içməli su ilə təmin olunur.

Şəhərdə ümumi uzunluğu 88 km olan kanalizasiya şəbəkəsinin 22 km-lik hissəsi tikilmişdir. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirliməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğu tikiləcəkdir. 

 

 “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

“Qax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, Qax şəhərində 16 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihə üzrə işlərin təməli 2011-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Layihəyə əsasən istehlakçıların keyfiyyətli və fasiləsiz içməli su ilə təmin etmək üçün mənbə olaraq Qax rayonunun İlisu qəsəbəsi yaxınlığındakı bulaqlar seçilmiş və burada məhsuldarlığı sutkada 6000 kubmetr  olan suqəbuledici qurğu tikilmişdir. Layihə çərçivəsində 21 km magistral və anbarlararası su kəmərləri, hər birinin tutumu 1000  kubmetr olan 6 ədəd su anbarı inşa edilmişdir.

Qax şəhərində 119 km içməli su şəbəkəsi tikilmiş, abonentlərə ev birləşməsi  verilərək sayğaclar quraşdırılmışdır. 16 avqust 2013-cü il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Qax şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. Layihə çərçivəsində  rayonun Qaxbaş və Qaxingiloy kəndlərinə də içməli su verilmiş və bu kəndlərdə 12 mindən çox sakinin içməli su təchizatı yaxşılaşmışdır.

Layihəyə uyğun olaraq Qax şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılmışdır. Bu məqsədlə  81 km kanalizasiya şəbəkəsi tikilmişdir.

Qax şəhərində yaranan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğu inşa edilir.   

 

“Lənkəran  şəhərinin  su  təchizatı  və  kanalizasiya sistemlərinin yenidən  qurulması” layihəsi

  “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Lənkəran şəhərində 81 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılmasına hesablanmışdır.

  Layihənin icrasına 2011-ci ilin oktyabrında başlanılmışdır. Lənkəran şəhəri və ətraf kəndlər üçün içməli su mənbəyi Xanbulançay su anbarı seçilmiş və anbarın yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğu inşa olunmuşdur. Layihəyə uyğun olaraq tutumu 10 min kubmetr olan su anbarı və 23 kilometr magistral su kəməri inşa olunmuşdur.

Lənkəran şəhərində tikintisi nəzərdə tutulan 257 kilometr paylayıcı su şəbəkəsinin işləri yekunlaşmış, hər bir abonentə ev birləşməsi verilərərk sayğaclar quraşdırılmışdır. 05 sentyabr 2013-cü il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Lənkəran şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. 

Lənkəran şəhərində inşası nəzərdə tutulan 197 kilometr kanalizasiya şəbəkəsinin  19 kilometrlik hissəsi, 9,7 km mikrotunelin 1,2 kilometrlik hissəsi tikilmişdir. Şəhərdə yaranan tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.

 

 “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

“Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişafı nəzərə alınmaqla Biləsuvar şəhərində 23 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanmışdır.

Layihənin icrasına 2011-ci ildə başlanılmışdır. Biləsuvar şəhərinin və ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilmişdir. Biləsuvar şəhərində ümumi tutumu 10 min  kubmetr olan 2 ədəd su anbarı tikilmişdir.

Biləsuvar şəhərində ümumi uzunluğu 99 km olan içməli su şəbəkəsi  yaradılmış, hər bir abonentə ev birləşməsi verilərək sayğaclar quraşdırılmışdır.

04 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə  Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunur.

Biləsuvar şəhərində 92 km kanalizasiya şəbəkəsinin də inşası yekunlaşmışdır. Şəhərdə yaranacaq tullantı suları  məhsuldarlığı sutkada 12 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.

 

“Şirvan şəhərinin  su  təchizatı  və  kanalizasiya sistemlərinin yenidən  qurulması” layihəsi

“Şirvan şəhərinin  içməli su  təchizatı  və  kanalizasiya   sistemlərinin yenidən  qurulması”  layihəsi  dövlət büdcəsi hesabına həyata keçirilir. Şirvan şəhərində icra olunan layihədən 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla 90 min nəfər faydalanacaq.

Layihəyə əsasən, Şirvan şəhərində ümumi tutumu 19 min kubmetr olan 4 su anbarının, 7 km magistral su xəttinin, 257 km içməli su və 230 km tullantı su şəbəksinin inşası nəzərdə tutulur. Şirvan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 50 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa ediləcək. Bu qurğuda həmçinin Hacıqabul şəhərinin də tullantı suları təmizlənib zərərsizləşdiriləcək.

2013-cü ilin iyulunda Prezident İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsinə  başlanılıb.

      Ötən müddətdə şəhərin mərkəzi hissəsində 2 km uzunluğunda yeni magistral  su xəttinin çəkilməsi 171 çoxmənzilli yaşayış binasının su təchizatının fasiləsiz rejimə keçirilməsinə imkan yaradıb. Həmin binaların daxili su təchizatı sistemləri tamamilə yenidən qurulub.  Şəhərin 1 may, Demanlı küçələrini və “Köhnə şəhər” adlanan ərazilərini 24 saat fasiləsiz içməli su ilə təmin etmək məqsədi ilə 3 km uzunluğunda su kəməri  inşa edilib.  Şəhərin relyef baxımından hündür ərazidə yerləşən və uzun illərdir içməli su problemi yaşayan Taleh Ələkbərov küçəsinə ilk dəfə içməli su verilib.

 Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi Çılpaqlı və Yeni yaşayış massivlərinin də içməli su təchizatı yaxşılaşıb. Magistral kəmərdən Yeni yaşayış massivinə 2 km su xətti çəkilib və paylayıcı şəbəkə qurulub. Eyni zamanda Çılpaqlı qəsəbəsinə 6 km magistral su xətti çəkilərək mövcud şəbəkəyə birləşdirilib. 

 

 “Salyan şəhərinin  içməli su  təchizatı  və  kanalizasiya   sistemlərinin yenidən  qurulması”  layihəsi   

Salyan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə  2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Salyan şəhərində 35 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Salyan şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Şirvan-Muğan qrup  su kəməri seçilib.  Şirvan-Muğan qrup su kəmərindən şəhərə 1,4 km magistral su xətti çəkilib. 2016-cı il 3 sentyabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə Salyan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib.

Layihə çərçivəsində 7500 kubmetr tutumu olan su anbarının tikilib  və  su anbarından şəhərə 7,6 km magistral su kəməri çəkilib. Bundan sonra mərhələlərlə şəhərin daxili şəbəkələrinin yenidən qurulmasına başlanılıb və hazırda bu sahədə işlər  davam etdirilir.  

Şəhərdə 131 kilometr içməli su şəbəkəsinin tikintisi yekunlaşmaq üzrədir.  Salyan şəhərində 123 kilometr kanalizasiya şəbəkəsinin, 9 km kanalizasiya kollektorunun tikilməsi nəzərdə tutulub. Ötən müddətdə şəhərin mərkəzi hissəsində 5 km kanalizasiya şəbəkəsi yaradılıb, mövcud kanalizasiya nasos stansiyası bərpa edilib və 4,7 km uzunluğunda təzyiqli kanalizasiya xətti yenisi ilə əvəz olunub.

Salyan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğu inşa ediləcəkdir.

 

“Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihəsi” 

  “Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi hesabına həyata keçirilir. 

2020-ci ilin iyun ayında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmərin və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarının tikintisinə başlanılıb. 2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib. Hazırda şəhər əhalisi dayanıqlı içməli su ilə təmin olunur. 

Neftçala şəhərində 118 km paylayıcı su, 116 km kanalizasiya şəbəkəsinin, 8,6 km magistral kanalizasiya kollektorunun və məhsuldarlığı 7500 kub metr layihələndirilən tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır.

"Horadiz şəhərinin içməli su təchizatı  və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" 

 Horadiz şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən layihənin icrasına 2019-cu ilin may ayında başlanılıb.

Layihəyə əsasən Horadiz şəhəri və 6 kəndin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə su mənbəyi yeraltı sular seçilib. Su mənbəyində ümumi məhsuldarlığı saniyədə 60 litr olan 5 subartezian quyusu qazılıb, tutumu 100 kubmetr olan sutoplayıcı anbar və nasos stansiyası tikilib. Mənbədən Horadiz şəhərinə qədər 1 km uzunluğunda magistral su kəməri inşa edilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə relyef baxımından yüksək nöqtədə ümumi tutumu 3000 kubmetr olan 2 su anbarı tikilib. Burada toplanan su zərərsizləşdirici qurğuda “hipoxlorid” məhlulundan istifadə olunmaqla zərərsizləşdirildikdən sonra şəbəkəyə verilir. Şəhərin relyefcə yüksək nöqtələrindəki istehlakçılara suyun verilməsi məqsədilə hidrofor nasosları da quraşdırılıb.

Əhalinin dayanıqlı içməli su təchizatı məqsədilə Horadiz şəhərində və şəhərə bitişik Əhmədalılar kəndində uzunluğu 61 km olan içməli su şəbəkəsi inşa edilib, 2700 ünvana birləşmə verilib və sayğaclar quraşdırılıb. Suyun  optimal idarə olunması və  yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində 117 siyirtmə və 129 yanğın hidrantının quraşdırılması təmin edilib.

Layihə çərçivəsində Horadiz şəhəri, Əhmədalılar  və Aşağı Mollaməhərrəmli kəndlərinə içməli suyun verilməsi təmin edilib. Ümumilikdə layihədən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 22 min nəfər faydalanacaqdır.