logo

“Kürdəxanı qəsəbəsində su təchizatı sisteminin yaradılması” layihəsi


“Azərsu” ASC ilə KOICA arasında əməkdaşlığa 2011-ci ildə “Kürdəxanı qəsəbəsində su təchizatı sisteminin yaradılması” layihəsi çərçivəsində başlanılmışdır. Bu əməkdaşlıq üzrə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi ilə 26,18 milyon dollar məbləğində Qrant Razılaşması, həmçinin Koreyanın Hyundai Engineering, Halla Energy&Environment, Sunjin Engineering, Yooshin Engineering şirkətləri ilə podrat müqaviləsi imzalanmışdır. Layihənin icrasına 2012-ci ilin fevral ayında başlanmış və 2015-ci ilin mart ayında yekunlaşmışdır. 

Layihə şərçivəsində Kürdəxanı qəsəbəsində müxtəlif diametrli borularla 98 km  içməli su şəbəkəsi və 761 metr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektoru tikilmişdir. İçməli su şəbəkəsi üzərində 436 ədəd yanğın hidrantı, 361ədəd siyirtmə və 3663 ədəd smart kart tipli su sayğacları quraşdırılmışdır. Layihənin icrası nəticəsində Kürdəxanı qəsəbəsinin 14300 nəfər sakini fasiləsiz rejimdə içməli su ilə təmin edilmişdir.