logo

Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi layihəsi


Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf  nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihənin birinci mərhələsi üzrə işlərə 2017-ci ilin iyul ayında başlanmışdır. Layihəyə əsasən, Xırdalan şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə hər birinin tutumu 10 min kubmetr olan "+118 Abşeron" və "+82 Masazır" su anbarları  və 6,5 km magistral su xətti tikilmişdir.

Xırdalan şəhərində 168 km paylayıcı su şəbəkəsi inşa edilmiş, şəbəkədən 17650 ünvana birləşmə verilmiş və sayğaclar quraşdırılmıdır. Xırdalan şəhərində 105 km kanalizasiya şəbəkəsinin 83 km-lik hissəsi tikilmiş,  7300 ədəd ev birləşməsi verilmiş, 2424 ədəd baxış quyuları inşa edilmişdir.  Layihənin birinci mərhələsi üzrə su şəbəkəsinin inşası 2019-cu ilin sonunda yekunlaşmışdır.