logo

ADSEA-nın 2023-cü ilin yekunlarına həsr olunmuş tədbirində media qurumları və jurnalistlər təltif edilib


Yaradılıb: 27-12-2023 17:24
       
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2023-cü ilin yekunu ilə bağlı keçirilən tədbirində su təsərrüfatı sahəsində görülən işləri operativ və hərtərəfli işıqlandıran media qurumları və jurnalistlər təltif edilib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov ölkə ərazisində, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən irimiqyaslı quruculuq işləri, Sərsəng su anbarının istismarının bərpa edilməsi, müsbət nəticələr əldə edilən suvarma mövsümü haqqında danışıb.
     
Ölkənin su təsərrüfatına olan özəl diqqət və qayğının göstəricisi olaraq 2023-cü ildə Suqovuşan və Xaçınçay su anbarlarının təmir-bərpadan sonra yenidən istifadəyə verilməsi, Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin təqdimatı və Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışı, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlqoyma mərasimi, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimlərində Prezident İlham Əliyevin şəxsən iştirak etməsi xüsusilə qeyd edilib.