logo

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar futbol turnirinə start verilib


Yaradılıb: 04-04-2023 11:00

   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) yubiley tədbirləri davam edir.

"Azərsu" ASC-nin Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Spartakiada çərçivəsində futbol yarışlarına başlanılıb. Futbol turnirində "Azərsu" ASC-nin struktur bölmələrinin 20 komandası hər birində 5 komanda olmaqla 4 qrupa bölünüb. Futbol turnirinin final oyununun may ayının 5-də  keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün “Azərsu” ASC-də xüsusui komissiya yaradılıb və Tədbirlər Planı təsdiqlənib. Plana uyğun olaraq, Ulu Öndərin su təsərrüfatı sektorunda tarixi xidmətləri mövzusunda konfransların keçirilməsi, filmin hazırlanması, media nümayəndələrinin Kür Sutəmizləyici Qurğular Kompleksinə səfəri, yubileylə əlaqədar idman yarışlarının, ağacəkmə və qanvermə aksiyalarının, rəsm sərgisinin keçirilməsi nəzərdə tutulur.