logo

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub


Yaradılıb: 18-03-2023 12:41

   

Novruz bayramı  ərəfəsində “Azərsu” ASC-nin Vətən müharibəsində şəhid olmuş işçilərinin ailə üzvləri, ailə üzvü şəhid olmuş işçilərin ailələri ziyarət edilib.

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Göyçay rayonunda  ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elvin Mikayılovun ailəsini ziyarət edib. “Azərsu” ASC-nin “Göyçay Sukanal” TSC-nin əməkdaşı olmuş Mikayılov Elvin Nizami oğlu 26 oktyabr 2020-ci ildə Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Görüşdə xalqımızın vətən qarşısında borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş və yaralanmış gənclərlə qürur duyduğu xüsusi qeyd olunub. Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi  diqqət və qayğının hər bir azərbaycanlı üçün örnək olduğu vurğulanıb.

                 

“Azərsu” ASC-nin Sosial inkişaf şöbəsinin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları da şəhid ailələrini ziyarət edib, onlara bayram sovqatları çatdırıblar. Eyni zamanda “Azərsu” ASC-nin aztəminatlı işçilərinə də sovqatlar  verilib.

Qeyd edək ki, Vətən müharibəsində “Azərsu” ASC-nin 3 əməkdaşı şəhidlik zirvəsinə ucalıb, 23 əməkdaşı isə yaralanıb. Eyni zamanda  Səhmdar Cəmiyyətdə çalışan 21 işçinin ailə üzvü şəhid olub, 45 nəfərin isə ailə üzvü yaralanıb.