logo

“Azərsu” ASC yanında İctimai Şuranın üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər ediblər


Yaradılıb: 04-11-2022 17:04

   

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti yanında İctimai Şuranın üzvləri Azərbaycanın içməli su sektorunda ən müasir qurğusu sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər ediblər.

Kompleklə tanışlıq çərçivəsində qonaqlara kompleksin tikintisi və burada suyun emal prosesləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2011-ci ildə təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş kompleks 2015-ci ildə ölkə başçısının iştirakı ilə istismara verilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan kompleksdə suyun emalı 5280 ədəd membran tipli süzgəclərdə aparılır. Su heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə, mexaniki üsulla təmizlənir. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi  standartlara tam cavab verir.  Qeyd olunub ki, bu kompleks Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsi, ümumilikdə 1 milyondan çox sakini yüksək keyfiyyətli içməli su ilə təmin edir.

   

Komplekslə tanışlıq çərçivəsində qonaqlar mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyiblər. Daha sonra şura üzvləri kompleksin laboratoriyası ilə tanış olublar.  

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti yanında İctimai Şuranın üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanışlığın onlarda böyük təəssürat yaratdığını qeyd edib, burada yaradılmış infrastrukturun imkanlarını yüksək qiymətləndiriblər.

https://www.youtube.com/watch?v=cIsbIRE2IVE