logo

Son bir ildə “Azərsu” ASC abonentlərinin sayı 4,1 faiz artıb


Yaradılıb: 20-10-2022 15:06

Son bir ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abunəçilərinin sayı 68,6 min  və ya 4,1 faiz artıb. 01 oktyabr 2022-ci il tarixinə ölkə üzrə 1731949 abonent içməli və tullantı su  xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınıb. Onların 1664114-ü  və ya 96,1 faizini əhali, 67835-i və ya 3,9 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 65,2 min və ya 4,1 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 3,4 min və ya 5,3 faiz artıb.

Hazırda içməli və tullantı su xidmətlərindən istifadə edən abonentlərin 88,7 faizi sayğacla təmin olunub. Sayğaclaşma səviyyəsi əhali qrupu abonentləri üzrə 88,4 faiz, qeyri-əhali qrupu üzrə isə 96 faizdir.