logo

Mərkəzi laboratoriyada almaniyalı mütəxəssislərin iştirakı ilə təlim keçirilib


Yaradılıb: 07-10-2022 14:51

   

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Şəhərlər Şəbəkəsi” layihəsi çərçivəsində “Azərsu” ASC Almaniyanın Lüdviqshafen şəhərinin su təchizatı və kanalizasiya müəssisələri ilə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər təşkil olunur, təlim proqramları həyata keçirilir.

Lüdviqshafen şəhərinin Tullantı Sular Müəssisəsinin laboratoriya mütəxəssisləri Kristian Keyt və Yozef Braydenbaxın iştirakı ilə  Mərkəzi laboratoriyada növbəti təlim keçirilib. “Aktiv lildə filament bakteriyaların təyini” adlı nəzəri və praktiki təlimlərdə laboratoriyaların bioloqları iştirak edib. Doktor Yozef Braydenbax aktiv lildə filament bakteriyaların təyini üçün proqram təminatından istifadə, mikroskopda bakteriyaların rənglənməsi və ölçülməsi, lazımi materiallardan istifadə qaydaları barədə ətraflı məlumat verib.