logo

Tullantı sularının idarə olunması


 

         

  Hazırda Bakı şəhərində ayrılmış kanalizasiya sistemi mövcuddur. Kanalizasiya şəbəkəsi çox az keramik, beton, asbest-sement, çuqun, dəmir-beton borulardan  və tunel şəkilli kollektorlardan ibarətdir. Təsərrüfat-məişət kanalizasiya xətlərinin ümumi uzunluğu 1500 kilometrdir. Həyət və məhəllədaxili kanalizasiya xətlərinin diametri 150-200 mm, küçə xətləri və kollektorlarının diametrləri 300 mm-dən 4000 mm-ə qədər dəyişir. Bundan başqa, hazırda Bakı şəhərində ümumi uzunluğu 156 kilometr olan yağış kanalizasiya xətləri mövcuddur. Magistral yağış kanalizasiya xətlərinin diametri 400 millimetrdən 1200 millimetrə qədər dəyişir. Paytaxtda tullantı sularının idarəedilməsinin asanlaşdırılması və istismar səviyyəsinin yüksəldilməsi məqsədi ilə yeni texnologiya əsasında tunel tipli kanalizasiya kollektorlarının tukintisinə başlanılmışdır.

Ümumilikdə gün ərzində kanalizasiya xətlərindən axıdılan tullantı suların həcmi 1 mln kubmetrdən çoxdur. Bakı şəhərində mövcud olan 72 kanalizasiya nasos stansiyasının sutkalıq məhsuldarlığı 1 mln kubmetrə yaxındır. 

 

Bakı şəhərindəki tullantı sutəmizləyici qurğular

Hövsan bioloji təmizləyici qurğuları - məhsuldarlığı 640 min kubmetr/sutka

Sahil bioloji təmizləyici qurğuları - məhsuldarlığı 17,5 min kubmetr/sutka

Buzovna bioloji təmizləyici qurğuları - məhsuldarlığı 10 min kubmetr/sutka

Zığ mexaniki təmizəlyici qurğuları - məhsuldarlığı 70 min kubmetr/sutka

Xocasən mexaniki təmizləyici qurğuları - məhsuldarlığı 18,6 min kubmetr/sutka

Mərdəkan-Şüvəlan mexaniki təmizləyici qurğuları - məhsuldarlığı 18,6 min kubmetr/sutka