logo

Xətai rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.


Yaradılıb: 15-07-2024 15:52

Vətəndaşların nəzərinə!

Bakı şəhəri 8 noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 15 iyul 2024-cü il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Nargilə dairəsindən Naxçıvanski dairəsinədək) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaxın saatlarda quraşdırma işləri yekunlaşacaq və suyun verilməsinə başlanılacaq.

Bununla  əlaqədar abonentlərdən üzr istəyirik.