logo

“Su şəbəkəsinə qoşulma” işçi qrupunun iclası keçiriləcək


Yaradılıb: 23-05-2024 16:58

24 may 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkəsinə qoşulma” işçi qrupunun su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatlar, qoşulma üçün Vahid Pəncərə sisteminin yaradılması, qoşulma ilə bağlı xidmət keyfiyyəti üzrə standartların və hədəflərin müzakirəsi mövzusunda növbəti iclası keçiriləcəkdir.

İclas çərçivəsində Su şəbəkəsinə qoşulma ilə bağlı 2024-cü il üzrə Yol Xəritəsi və müasir prioritetlərin müzakirə edilməsi nəzərdə tutulur.

Keçiriləcək iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektorun nümayəndələri Komissiyanın “www.azranking.az” internet portalının onlayn müraciət (www.azranking.az/online-apply) bölməsi və ya hazırkı elan bölməsindəki “Təklif göndər” onlayn xidməti vasitəsilə əsas mövzu ilə bağlı təklif verə və ya məsələ qaldıra, habelə işçi qrupun iclasında iştirak etmək barədə müraciət edə bilərlər.

“Su şəbəkəsinə qoşulma” işçi qrupunun iclası GÜNDƏLİK