logo

Gəncə şəhərində Qızılqaya su anbarlarının yuyulmasına başlanılıb


Yaradılıb: 14-05-2024 14:32

       

İstehlakçıların su təminatının yaxşılaşdırılması, keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi  istiqamətində kompleks tədbirlər  bölgələrdə də davam etdirilir. Respublikanın iri şəhərlərində və rayon mərkəzlərində yerləşən mərkəzi və məhəllədaxili su anbarları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ixtisaslaşmış xidmət briqadaları tərəfindən yuyulub dezinfeksiya edilir.

Təsdiqlənmiş təlimata uyğun olaraq Gəncə şəhərində yerləşən ümumi tutumu 4000 kubmetr tutumu olan su anbarlarının yuyulmasına başlanılıb. Bu məqsədlə ilkin mərhələdə anbarlardan biri tamamilə boşaldılıb, onun divarları və dib hissəsi lil və çöküntülərdən təmizlənir. İxtisaslaşmış xidmət briqadası tərəfindən dezinfeksiya işləri aparıldıqdan sonra suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Gigiyena və Epidemilogiya Mərkəzinin rəyi əsasında anbar yenidən istismara buraxılacaq.

Yuyulma işlərinin aparıldığı müddətdə içməli su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə ikinci anbar   istismarda saxlanılıb. Birinci anbarda işlər yekunlaşdıqdan sonra ikinci anbarın yuyulmasına başlanılacaq.

Qeyd edək ki, Göygöl mənbəyindən qidalanan bu anbarlar Gəncə şəhəri,  Gülüstan və Qızılqaya qəsəbələrində 3500-dən çox abonenti içməli su ilə təmin edir.