logo

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib


Yaradılıb: 18-03-2024 15:09

     

Novruz bayramı ərəfəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş əməkdaşların  ailələrini ziyarət edib.  

Şəhid ailələrinin üzvləri ilə görüş zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların göstərdiyi igidlik və şücaət xatırlanıb.  Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirib. Xalqımız vətən qarşısında borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş və yaralanmış gənclərlə qürur duyur.

Görüşlərdə Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi  diqqət və qayğıdan danışılıb, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən bəhs olunub, şəhidlərin xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.