logo

Bakı Su Həftəsinin açılış mərasimi keçirilib


Yaradılıb: 13-03-2024 14:08

       

Martın 12-14-də Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq Bakı Su Həftəsi təşkil edilir.

Azərbaycanda su təsərrüfatının inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, qlobal iqlim dəyişiklikləri fonunda müasir çağırışlar və texnologiyaların tələblərinə uyğunlaşma, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə, 2024-cü ildə Bakı həm ölkəmiz, həm də bütövlükdə region üçün böyük əhəmiyyət daşıyan daha bir beynəlxalq tədbirə ev sahibliyi edib.

       

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov açılış nitqində ölkəmizdə belə bir tədbirin təşkili təqdirəlayiq hal olduğunu vurğulayıb. “Bu tədbir mütəxəssislərə, hökumət təşkilatlarına və biznes sektoruna bilik və təcrübə mübadiləsi, yeni ideyaları araşdırmaq və su ilə bağlı problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq. Su təsərrüfatı sahəsində beynəlxalq tədbirin keçirilməsi Azərbaycanda bu sektora yeni texnologiyaların tətbiqinə zəmin yaradacaq, həmçinin yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da genişlənməsi ilə yadda qalacaq. Bu istiqamətdə ölkəmizdə COP29 kimi önəmli tədbirin keçirilməsi də beynəlxalq ictimaiyyətin Azərbaycanın ətraf mühitlə bağlı reallaşdırdığı mühüm tədbirlərin dünya ictimaiyyəti tərəfindən dəyərləndirməsinin bariz göstəricisidir” deyə açılış nitqində qeyd olunub.