logo

Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib


Yaradılıb: 01-03-2024 17:02

       

“1 mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-də tədbir keçirilib.

       Tədbirdə çıxış edən “Azərsu” ASC-nin Mülki müdafiə qərargahının rəisi Cahangir Şərifov mülki müdafiənin məqsədi və həyati əhəmiyyəti, Beynəlxalq Mülki Müdafiə Təşkilatının ( BMMT) yaranma tarixi barədə məlumat verib. Qeyd olunub ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə 1972-ci ildən ildən etibarən 1 Mart tarixi Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Azərbaycan Respublikası 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul edilib və həmin ildən bu nüfuzlu təşkilatda fəal təmsil olunur. 1995-ci ildən Ümumdünya Mülki Müdafiə Günü, hər il konkret bir mövzuya həsr olunur, üzv ölkələrdə müvafiq tədbirlər keçirilir. 2024-cü ildə bu günün “Mülki müdafiə sahəsində innovasiya texnologiyaları” mövzusunda keçirilməsi tövsiyə olunub.

       Elektron idarəetmə və müasir texnologiyalar departamentinin qrup rəhbəri Ehtiram İsgəndərov “Mülki müdafiə sahəsində innovasiya texnologiyaları” mövzusunda çıxış edib. Bildirib ki, fəlakətləri proqnozlaşdırmaq və nəticələrini aradan qaldırmaq üçün istifadə edilən vasitələr - dronlar, peyklər, robotlar, avtonom nəqliyyat vasitələri, ağıllı sensorlar, 3D texnologiyaları, coğrafi informasiya sistemləri, süni intellekt mülki müdafiə sahəsində istifadə oluna biləcək innovativ texnolgiyalardır. Bu texnologiyalar mülki müdafiə orqanlarının müxtəlif böhran vəziyyətlərinə hazırlaşmaq və onlara reaksiya vermək üsullarını kökündən dəyişir.

E.İsgəndərov innovasiyaların tədbiqi sahəsində görülmüş işlərdən danışıb, avtomatlaşdırılmış elektron-informasiya və nəzarət-müşahidə sistemləri barədə məlumat verib, qəzaların operativ aradan qaldırılması məqsədilə idarəetmə sistemlərinin yaradıldığını diqqətə çatdırıb.

Daha sonra fövqəladə hadisələrin qarşısının alınması sahəsində mülki müdafiə təlimlərinin geniş təqdimatı keçirilib.