logo

ADSEA-nın rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib


Yaradılıb: 20-01-2024 12:00

   

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib.

   

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.
Allah şəhidlərimizə rəhmət eləsin!