logo

Şaxtalı hava şəraitində su sayğaclarının donvurmadan qorunmasına diqqət yetirilməlidir


Yaradılıb: 12-01-2024 17:15

     

Hidrometeroloji proqnozlara əsasən qarşıdakı günlərdə ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında qeyri-sabit və şaxtalı hava şəraiti gözlənilir. Bu günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan qorunmasına ciddi diqqət yetirilməlidir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi abonentlərin diqqətinə çatdırır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı saxlanmalı, sayğac qutusunun içi ağac yonqarı ilə mühafizə olunmalıdır. Eyni zamanda fərdi həyət evlərində açıq boruların izolyasiya edilməsi vacibdir. 

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı 24 saat fəaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.