logo

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib


Yaradılıb: 29-12-2023 15:25

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş əməkdaşların ailələrini ziyarət ediblər.  

Şəhid ailələrinin üzvləri ilə görüş zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların göstərdiyi igidlik və şücaət xatırlanıb.  Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirib. Xalqımız vətən qarşısında borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş və yaralanmış gənclərlə qürur duyur.

Görüşlərdə Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi  diqqət və qayğıdan danışılıb, bu istiqmətdə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən bəhs olunub, şəhidlərin xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.