logo

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC Laçın şəhərinin yenidən qurulmasındakı fəaliyyətinə görə mükafatlandırılıb


Yaradılıb: 29-12-2023 12:24

      

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri işğalçılardan azad edildikdən sonra burada çox qısa zamanda böyük tikinti-quruculuq işləri həyata keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun gücü sayəsində azadlığına qovuşan Laçın indi laçın çağlarını yaşayır desək, yanılmarıq. Qısa zamanda yenidən qurulan Laçın şəhəri indi göz oxşayır.

Laçında aparılan tikinti-quruculuq işlərində xidmətləri olan dövlət qurumları və şirkətlərin təntənəli mükafatlandırma mərasimi keçirilib.

“Lacınema” Kino Mərkəzində keçirilən mərasimdə Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Bakı Abadlıq Xidməti" MMC, "Laçın Abadlıq Xidməti" ASC, "Azərenerji" ASC, "Azərişıq" ASC, "Azəriqaz" İB, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və bir çox şirkətlərin rəsmiləri iştirak ediblər.

Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək, iştirakçılara və laçınlılara bayram təbriklərini çatdırıb.

Çıxışlardan sonra Laçının yenidən qurulmasındakı fəaliyyətlərinə görə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azəriinşaat” şirkəti mükafatlandırılıb.

Həmçinin şəhərin yenidən qurulmasında, abadlaşdırılmasında və məşğulluğun təmin olunmasında xidmətlərinə görə “Laçın Abadlıq Xidməti” ASC, “Dam Plus”, “Komiforest”, “Nakhish”, "EL-EL”, “ARTE” şirkətləri, mədəni-kütləvi tədbirlərin təşkilində əvəzsiz xidmətlərə görə “Bakı Abadlıq Xidməti” MMC, yenidənqurma işlərinin və tədbirlərin işıqlandırılmasında göstərilən dəstəyə və xidmətlərə görə “Absheron Group Production” təltif edilib.

    

Tanınmış fotoqraf Reza Deqati Azərbaycan, o cümlədən Laçın həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlərinə görə, Əməkdar mədəniyyət işçisi, rəssam Elçin Orucov isə Laçın şəhərində mədəni həyatın dirçəlməsindəki xidmətlərinə görə mükafata layiq görülüb.

Mükafatçılara müəllifi Tural Rzaquliyev olan “Laçın qartalı” heykəli təqdim edilib.

Mərasim zamanı tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin  tapşırıqlarına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan layihə çərçivəsində Laçın şəhərinin içməli və tullantı su sistemləri  yenidən qurulub.

Laçın şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi yaxınlığındakı mövcud 6 subartezian quyusu bərpa edilib. Quyu zonasında nasos stansiyası, sutoplayıcı kamera, zərərsizləşdirici qurğu, anbar və digər yardımçı binalar tikilib. Nasos stansiyasında nasoslar, dayanıqlı elektrik təchizatı məqsədilə generator və transformator  quraşdırılıb. Su mənbəyindən şəhərə 10 km magistral su kəməri çəkilib,  ümumi həcmi 4 min kubmetr tutumu olan 9 anbar inşa edilib. Laçın şəhərində  58 km içməli,  49 km tullantı və  4 km yağış su xətləri, 7 km kollektor, 4 nasos stansiyası tikilrək istismara verilib.