logo

“Su şəbəkəsinə qoşulma” işçi qrupunun iclası keçiriləcək


Yaradılıb: 27-12-2023 10:23
“Su şəbəkəsinə qoşulma” işçi qrupunun iclası

  Başlama vaxtı: 27.12.2023 15:00

 Bitmə vaxtı: 27.12.2023 16:00

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkələrinə qoşulma” işçi qrupunun 27 dekabr 2023-cü il tarixində saat 15:00-da video-konfrans formatında iclası keçiriləcək.

İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Su şəbəkəsinə qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin cari ildə icra vəziyyəti və işçi qrupunun bundan əvvəlki iclasında verilmiş tapşırıqlarla bağlı görülmüş işlər barədə məlumat veriləcək, həmçinin gündəliyə uyğun olaraq digər məsələlər və 2024-cü il üzrə Yol Xəritəsinin hazırlanması müzakirə ediləcək.

İclasda “Azərsu” ASC və digər aidiyyəti qurumların nümayəndələri iştirak edəcək.

GÜNDƏLİK- 27.12.2023 -“Su Şəbəkəsinə Qoşulma” işçi qrupu