logo

Neftçala şəhərinə içməli suyun verilməsində məhdudiyyət olacaq


Yaradılıb: 24-05-2023 14:50

25 may 2023-cü il tarixində Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq. Bununla əlaqədar 24 may 2023-cü il tarixində gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik.