logo

“Sahibkarların tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması Qaydası” layihəsi ilə bağlı iclas keçiriləcək


Yaradılıb: 22-05-2023 10:19

Dünya Bankının “B-Ready” hesabatının “Utility Services” indikatoru üzrə ölkəmizə dair potensial balların hesablanması üçün Dünya Bankı Qrupu tərəfindən qiymətləndirmə vərəqinin layihəsinin təqdimatı ilə bağlı iclas keçiriləcəkdir.

2023-cü il 22 may tarixində saat 15:00-da Dünya Bankının “B-Ready” hesabatının “Utility Services” indikatoru üzrə ölkəmizə dair potensial balların hesablanması üçün Dünya Bankı Qrupu tərəfindən qiymətləndirmə vərəqinin layihəsinin təqdimatı, “Sahibkarların tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması Qaydası”nın layihəsinin yekun variantının müzakirəsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin inzibati binasında iclas keçiriləcəkdir.