logo

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib


Yaradılıb: 10-05-2023 16:03

       

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin  100 illik yubileyi münasibətilə ölkəmizdə genişmiqyaslı  tədbirlər keçirilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin kollektivi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.