logo

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən futbol turniri başa çatıb


Yaradılıb: 05-05-2023 15:45
 
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən idman yarışları çərçivəsində futbol turnirinə yekub vurulub. Final oyununda Nəqliyyat və Xüsusi Texnika İdarəsi ilə Nərimanov Rayon Sukanal İdarəsinin komandaları qarşılaşıb. Oyun Nəqliyyat və Xüsusi Texnika İdarəsi komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Futbol turnirində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "Azərsu" ASC-nin struktur bölmələrinin 20 komandası hər birində 5 komanda olmaqla 4 qrupda mübarizə aparıb.