logo

“Azərsu” ASC-də mülki müdafiə qüvvələri ilə xəbərdarlıq-toplanış məşqi keçirilib


Yaradılıb: 18-04-2023 15:24

     

“Azərsu” ASC-də "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün  mülki müdafiə qüvvələrinin xəbərdar edilib toplanmasının təşkili” mövzusunda mülki müdafiə qüvvələri ilə xəbərdarlıq – toplanış məşqi keçirilib. Təlimdə mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyəti olmaqla, ümumilikdə 45 nəfər iştirak edib.

         “Azərsu” ASC-nin Mülki müdafiə qərargahının rəisi, məşqin rəhbəri Cahangir Şərifov bildirib ki, təlim toplanış məşqinin keçirilməsində məqsəd şəxsi heyətin qısa müddət ərzində müəyyən edilmiş yerə toplanması üzrə vərdişlərini artırmaq olub. Təlim zamanı mülki müdafiə dəstələri şəxsi heyətlə tam komplektləşdirilib və  fərdi mühafizə vasitələri ilə təchiz olunub.

Maddi-texniki təchizatın və təlim yerlərində bütün mülki müdafiə avadanlıqlarının sazlığı yoxlanılıb. Sonda məşqin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.