logo

“Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov Naftalan şəhərində vətəndaşları qəbul edəcək


Yaradılıb: 10-04-2023 15:32

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov 14 aprel 2023-cü il tarixində Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan sakinləri qəbul edəcək.

Qəbul saat 10:00-dan başlayaraq Naftalan şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Naftalan, Goranboy və Xocalı sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.