logo

"Azərsu" ASC-nin əməkdaşları "Sağlam həyat" günləri çərçivəsində keçirilən yarışlarda yüksək nəticələr əldə ediblər


Yaradılıb: 06-04-2023 16:03

     

6 Aprel – İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən “Sağlam həyat” günləri təşkil edilib.

   

Bakı Qış Parkında və Bakı Böyükşor Bulvarında keçirilən tədbirdə "Azərsu" ASC-nin struktur bölmələrinin 30 əməkdaşı iştirak edib. Müxtəlif idman növləri üzrə keçirilən yarışlarda əməkdaşlar güclərini nümayiş etdiriblər. Qaçış, yerindən uzunluğa tullanma, hündür turnikdə dartınma, 16 kq-lıq çəki daşlarını birdən qaldırma, paralel qollarda dayaq vəziyyətində qolların bükülüb açılması, 3 kq-lıq tibbi topu atmaq və digər idman yarışlarında "Azərsu" ASC-nin əməkdaşları yüksək nəticələr əldə ediblər. Yarışlarda təyin olunmuş normativləri yerinə yetirən "Azərsu" ASC əməkdaşlarına müvafiq sertifikatlar təqdim olunub.