logo

"Azərsu" ASC karyera sərgisində təmsil olunub


Yaradılıb: 05-04-2023 09:52

   

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) karyera sərgisi keçirilib. Tələbə və məzunlar üçün təşkil edilmiş tədbirdə  bildirilib ki, gənclərin məşğullunun təmin olunması Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin prioritet istiqamətlərindəndir. İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə əlaqədar ölkədə memarlıq və mühəndislik istiqamətində kadr hazırlığının gücləndirilməsi, bu sahədə  təhsil və istehsalat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

80-ə yaxın dövlət təşkilatı və özəl şirkətin təmsil olunduğu karyera sərgisində iştirakçılara vakant iş yerləri təklif olunub. Sərgidə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin stendi quraşdırılıb. Stendlə maraqlanan tələbə və məzunlara Səhmdar Cəmiyyətin fəaliyyəti, kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, karyera imkanları barədə məlumat verilib.

Karyera sərgisi təhsil seçimi, təcrübə və ixtisasartırma, işaxtaranlarla birbaşa təmas yaratmaq, onları müvafiq sahələrə istiqamətləndirmək, peşəkar mütəxəssisləri cəlb etmək və məşğulluğun təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.