logo

“Sukanal” ETLİ fəlsəfə doktoru hazırlığı üzrə doktorantura qəbul elan edir


Yaradılıb: 03-04-2023 12:30

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu 2023-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir. Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi müəssisə və təşkilatlarının 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən  aparılacaq.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (ali təhsili olan, ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan mütəxəssislər) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:

 

İxtisasın şifri

İxtisasın adı

Fəlsəfə doktoru hazırlığı üzrə
doktoranturaya qəbul planı

Cəmi

Qiyabi (büdcə hesabına)

2518.01

Hidrogeologiya

1

1

3305.05

Mühəndis-kommunikasiya sistemləri

1

1

3308.01

Ətraf mühitin texnologiyası və mühəndisliyi

2

2

5406.01

Hidrologiya

1

 1

Yekun

5

5

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər 12 aprel 2023-cü il  tarixindən  başlayaraq 16 may 2023-cü il tarixinədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az/ saytına daxil olmaqla “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Qəbul qaydaları haqqında məlumatı “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Doktorantura şöbəsindən almaq olar.

Ünvan: AZ1012, Bakı, Azərbaycan, Moskva prospekti, 73

Telefon: (+99412) 430-08-25/35 (daxili 2503, 2743)

E-mail: Pervane.Xidirova@azersu.az