logo

Binəqədi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq


Yaradılıb: 28-02-2023 11:18

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 28 fevral 2023-cü il tarixində gün ərzində Binəqədi rayonunun  bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A. Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin kənd Masazır ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.