logo

Kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib


Yaradılıb: 27-02-2023 10:06

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinlikləri” mövzusunda tədbir keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin,  dövlət qurumlarının mütəxəssisləri və sahibkarlar iştirak edib.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov bildirib ki, rayon ərazisində fəaliyyət göstərən sahibkarların mövcud çətinliklərinin dinlənilməsi və təkliflərin müzakirəsi məqsədilə keçirilən müşavirə sahibkarlıq subyektlərinin qarşılaşdıqları problemlərin aradan qaldırılmasına və marifləndirilməsinə xidmət edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Yusif Bağırov qeyd edib ki, görüləcək birgə tədbirlər kiçik və orta biznesə dəstək göstərilməsi işinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.  

Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, sahibkarların sualları və təklifləri ilə bağlı aidiyyəti dövlət qurumların nümayəndələri tərəfindən müvafiq izahatlar verilib.

Tədbirdə iştirak edən “Azərsu” ASC-nin Strateji inkişaf və Asan mərkəzlərlə işin təşkili departamentinin rəis müavini Natiq Quliyev, İnnovativ həllərin tətbiqi şöbəsinin rəisi Hikmət Qəhrəmanov “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi və bu sahədə görülən işlər barədə məlumat veriblər.  Eyni zamanda "Azərsu" ASC-nin  tətbiq etdiyi elektron xidmətlər, həmçinin içməli və tullantı su sistemlərinə qoşulma qaydaları barədə məlumatlar verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.