logo

"Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Kürdəmirdə vətəndaşları qəbul edib


Yaradılıb: 22-02-2023 17:08

   

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 22 fevral 2023-cü il tarixində Kürdəmir şəhərində Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

   

Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının binasında keçirilən qəbulda Kürdəmir, Ucar və Zərdab rayonlarından 33 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.