logo

"Azərsu" ASC tərəfindən “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə xidmətlər göstərilir


Yaradılıb: 21-02-2023 15:18

Sahibkarlar içməli su təchizatı və tullantı sularının axıdılması kommunal xidmətlərilə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər. Hazırda KOB evində “Azərsu” ASC tərəfindən sahibkarlara müxtəlif xidmətlər təqdim olunur.

“Bakı KOB evi”ndə “Azərsu” ASC-yə məxsus xidmət masasında mikro, kiçik və orta sahibkarlıq subyektlərinə texniki şərtlərin, ödənişlər haqqında məlumatın verilməsi, qüsurlu ödənişin bərpa edilməsi və borcun araşdırılması üzrə xidmətlər göstərilir. 

Qey edək ki, bu xidmətlərdən istifadə etmək istəyənlər  “Bakı KOB evi” ilə yanaşı, “Asan xidmət” və “Asan kommunal” mərkəzlərinə də müraciət edə bilərlər.