logo

Vətəndaş qəbulunun vaxtı dəyişdirilib


Yaradılıb: 16-02-2023 15:20

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənovun 17 fevral 2023-cü il tarixində Kürdəmir şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul 22 fevral 2023-cü il tarixində saat 10:00-da Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının binasında keçiriləcək.

Qəbulda Kürdəmir, Ucar və Zərdab rayonlarından sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.Vətəndaşlar qəbul üçün Kürdəmir, Ucar və Zərdab sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.