logo

"Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Salyan və Neftçala sakinlərini qəbul edəcək


Yaradılıb: 19-01-2023 14:29

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 27 yanvar 2023-cü il tarixində Salyan şəhərində Salyan və Neftçala sakinlərini qəbul edəcək.

Qəbul saat 10:00-dan başlayaraq Salyan Rayon İcra Hakimiyyətinin binasında keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Salyan və Neftçala Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.