logo

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür


Yaradılıb: 26-10-2022 09:01
"+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində bu gün səhər saatlarında qəza baş verib. Dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb. Qəza yerinə “Bakı Sukanal” və Yasamal Rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikaları cəlb olunub.
 İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək.