logo

İşçilərin yay istirahətinin səmərəli təşkilinə xüsusi diqqət edilib


Yaradılıb: 05-09-2022 15:54

     

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində işçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir.  Hər il ənənəvi olaraq Cəmiyyətin işçilərinin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər həyata keçirilir.

“Azərsu” ASC və Su Təsərrüfatı İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbirlər planına əsasən, Cəmiyyətin idarə və təşkilatlarında çalışan işçilər və onların ailə üzvləri ölkəmizin müxtəlif bölgələrindəki istirahət mərkəzlərinə göndərilir.

Təsdiq olunmuş qrafikə əsasən, 2022-ci ilin yay mövsümündə “Azərsu” ASC-nin idarə və müəssisələrində çalışan işçilər və onların ailə üzvləri Xaçmaz, Quba, Qusar, İsmayıllı və Naftalandakı istirahət və müalicə mərkəzlərinə göndərilib. Ümumilikdə 3510 nəfər bu imkandan yararlanıb. İstirahət mərkəzlərində işçilərin və onların ailə üzvlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb.