logo

"Azərsu" ASC-nin 235 əməkdaşı təlimlərdə iştirak edib


Yaradılıb: 06-07-2022 17:01

   

İçməli su təchizatı və tullantı su sektorunda çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təlimlər davam etdirilir. İçməli və tullantı su sektorunda həyata keçirilən layihələr çərçivəsində yeni istifadəyə verilmiş qurğuların və avadanlıqların istismarını yüksək peşəkarlıqla icra etmək üçün mütəxəssislərin bilik və bacarıqlarının artırılması prioritet vəzifələrdir.

2022-ci ilin yanvar-iyun aylarında “Azərsu” ASC tərəfindən müxtəlif mövzularda 4 təlim təşkil olunub. Təlimlərə müxtəlif idarə və müəssisələrin 235 nəfər əməkdaşı cəlb olunub. Təlimlər nəzəri və  praktiki olaraq 2 istiqamətdə keçirilib. Nəzəri biliklərə yiyələnən təlim iştirakçıları iş prosesləri ilə əyani tanış olmaq imkanı qazanıblar. Təlim müddətində qazanılan bilik və təcrübə işlərin vaxtında, operativ  və yüksək peşəkarlıqla icra etməyə imkan verir.  

   

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması işinin təkmilləşdirilməsi məqsədi ilə Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim və İnnovasiya  Mərkəzi yaradılıb.  Mərkəzdə mexanika, energetika, avtomatika və metrologiya, kompüter, coğrafi informasiya sistemi, SCADA, nəzarət ölçü cihazları kabinetləri fəaliyyət göstərir. Mütəxəssislərin praktiki biliklərinin artırılması məqsədilə burada təcrübə poliqonu inşa edilib.