logo

“Azərsu” ASC-nin nümayəndələri beynəlxalq konfransda iştirak edib


Yaradılıb: 10-06-2022 15:33

     

6-9 iyun 2022-ci il tarixlərində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Dayanıqlı inkişaf üçün su 2018-2028” Beynəlxalq Fəaliyyət Onilliyi üzrə ikinci yüksək səviyyəli konfrans keçirilib.

Konfransda 75 ölkədən 2600 iştirakçı, o cümlədən 634 milli, regional və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib. Konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Seymur Seyidov və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Rəşail İsmayılov da iştirak ediblər.

Konfransın əsas məqsədi su sektorunda fəaliyyət göstərən müxtəlif maraqlı tərəflərin bir araya gətirilməsi olub. Konfransda yerli, milli, regional və qlobal səviyyələrdə su ehtiyatları sahəsində fəaliyyətin və tərəfdaşlığın təşviqi istiqamətləri üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.