logo

“Sözün də su kimi lətafəti var” devizi altında poeziya gecəsi keçirilib


Yaradılıb: 19-03-2022 16:14

                         

Novruz bayramı, 22 Mart Dünya Su Resursları Günü və Beynəlxalq Poeziya Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində “Sözün də su kimi lətafəti var” devizi altında poeziya gecəsi keçirilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və Azərtbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə suyun əhəmiyyətindən danışılıb, ədəbiyyat və incəsənət əsərlərində su mövzusuna geniş yer verildiyi diqqətə çatdırılıb.

Poeziya gecəsində dünya şöhrətli yazıçı və şairlərin əsərlərindən parçalar səsləndirilib, gənc bəstəkar və ifaçıların Avropa klassik musiqisindən kompozisiyaları dinlənilib.  

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi adından “Azərsu” ASC-yə “Poeziyanın dostu” diplomu təqdim olunub.