logo

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Saatlı şəhərində vətəndaşları qəbul edəcək


Yaradılıb: 03-03-2022 17:09

Mərkəzi icra hakimiyyəti orqanları, digər idarəetmə qurumların rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 16 mart 2022-ci il tarixində Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul Saatlı Sukanal İdarəsinin inzibati binasında keçiriləcək. Qəbulda sakinlərin aidiyyatı üzrə müraciətləri dinləniləcək və tədbirlər görüləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər. Qəbula gələnlər mütləq qoruyucu maskadan istifadə etməlidir.

Vətəndaşlar qəbul üçün Saatlı, Sabirabad və İmişli Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.