logo

Tovuzun Düz Cırdaxan və Cəlilli kəndlərində içməli su layihəsi icra olunur


Yaradılıb: 26-04-2021 15:35

   

Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.

Tovuz rayonunun Düz Cırdaxan və Cəlilli kəndlərində 8 nömrəli Regional Sukanal İdarəsinin Təmir-tikinti və quraşdırma sahəsi tərəfindən içməli su layihəsi həyata keçirilir.

Düz Cırdaxan və Cəlilli kəndlərinə içməli suyun Tovuz şəhərinin şəbəkəsindən verilməsi layihələndirilib. Bu məqsədlə Düz Cırdaxan kəndindən keçməklə Cəlilli kəndinə qədər 3,7 kilometr uzunluğunda magistral kəmərin, eyni zamanda, kəndlərdə 2 kilometr paylayıcı su xətlərinin və əhalinin ümumi istifadəsi üçün 19 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Hazırda magistral kəmərin tikintisi davam etdirilir.