logo

Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır


Yaradılıb: 17-11-2015 12:07

   Abunəçilərin diqqətinə çatdırılır ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kollektorundan Ceyranbatan-Binəqədi magistral su kəmərinə birləşmənin  verilməsi ilə əlaqədar 18 noyabr 2015-ci il tarixdə gün ərzində Nərimanov rayonunun Ə.Rəcəbli, A.Nemətulla, Y.V.Çəmənzəminli, F.Xoyski,  F.Yusifov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.