logo

Oğuz şəhərində regional təlim keçirilmişdir


Yaradılıb: 06-11-2015 12:30

                                               

   Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bölgələrdə içməli su və kanalizasiya  sistemləri üzrə yeni infrastrukturlar yaradılır, müasir tipli avadanlıqlar və qurğular istismara verilir. Həyata keçirilən layihələrdə müasir avadanlıq və qurğulardan istifadə olunması nəzərə alınaraq işçilərin peşə bilik səviyyələrinin təkmilləşdirilməsi, müasir texnologiyalardan istifadə bacarıqlarının artırılması istiqamətində təlim-tədris işləri davam etdirilməkdədir.

Azərsu" ASC-nin  "Regional Təlim-İnkişaf Proqramı-2” layihəsi çərçivəsində Oğuz şəhərində növbəti regional təlim keçirilmişdir. Oğuz Sukanal İdarəsinin təmizləyici qurğularında  keçirilmiş təlimə Zaqatala, Oğuz rayon sukanal idarələrinin və “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin 32 əməkdaşı cəlb olunmuşdur. Təlimdə təmizləyici qurğuların operatorları, kimyəvi təhlil laborantları, xlorator qurğusunun operatorları, kimyaçılar, mühəndis-texnoloqlar iştirak etmişlər.

Təlim  “Azərsu” ASC-nin müxtəlif fəaliyyət sahələrini əhatə edən peşəkar mütəxəssisləri tərəfindən  aparılmışdır. Təlim müddətində  iştirakçılar  Oğuz Sukanal İdarəsinin laboratoriyasında, təmizləyici qurğularında  keçirilən praktiki məşğələlərə cəlb edilmişlər.

Nəzəri biliklər əldə etməklə yanaşı, təlim  iştirakçıları istehsalat sahələrində  avadanlıq və qurğuların iş prinsipi ilə əyani tanış olmuşlar.

Təlimin sonunda iştirakçıların bilikləri qiymətləndirilmiş və nəticələr qənaətbəxş olmuşdur.